​ABŞ-da qatarın qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 50 sərnişin xəsarət alıb

​ABŞ-da qatarın qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 50 sərnişin xəsarət alıb 50-yə yaxın insan xəsarət alıb
Digər ölkələr
13 May , 2015 09:28
​ABŞ-da qatarın qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 50 sərnişin xəsarət alıb

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatında qatarın qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub. "Report"  "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə qəza yerinə gələn Filadelfiya meri Maykl Natter jurnalistlərə açıqlamasında deyib.

"Təəssüflər olsun ki, biz azı 5 nəfərin həlak olduğunu təsdiqləməliyik", - Amerika telekanallarına açıqlaması zamanı Filadelfiya meri deyib.

Vaşinqton - Nyu-York marşrutu ilə hərəkət edən və içərisində 240 nəfər sərnişin olan qatar Filadelfiya şəhəri yaxınlığında relsdən çıxaraq qəzaya uğrayıb.

Bir az əvvəl bildirilmişdi ki, 50-yə yaxın insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi