ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb

ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb Bakı. 17 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda artıq sakitləşən Maykl qasırğası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb və yerli hökumət bu sayın artacağını gözləyir.
Digər ölkələr
17 Oktyabr , 2018 06:20
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda artıq sakitləşən "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb və yerli hökumət bu sayın artacağını gözləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Onun hesablamalarına görə, təbii fəlakət nəticəsində 20 nəfər Floridada, 5 nəfər Vincinyada, üç nəfər Şimali Karolinada və bir nəfər isə Corciyada həyatını itirib.

Təbii fəlakət zamanı əlaqə kəsilən insanların axtarışı davam etdirilir.

Son məlumatlara görə, min nəfərdən çox insanla əlaqə kəsilib. Hökumət güman edir ki, onlardan kimlərsə ölüb və qurbanların sayının artcağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi