ABŞ-da afroamerikalının ölümündə şübhəli bilinən 3 şəxsə ömürlük cəza verilə bilər

ABŞ-da afroamerikalının ölümündə şübhəli bilinən 3 şəxsə ömürlük cəza verilə bilər ABŞ-da 2020-ci ilin əvvəlində 25 yaşlı afro-amerikalı Əhməd Arberinin qətlində şübhəli bilinən 3 nəfərə ömürlük həbs cəzası verilə bilər.
Digər ölkələr
25 Noyabr , 2021 03:03
ABŞ-da afroamerikalının ölümündə şübhəli bilinən 3 şəxsə ömürlük cəza verilə bilər

ABŞ-da 2020-ci ilin əvvəlində 25 yaşlı afro-amerikalı Əhməd Arberinin qətlində şübhəli bilinən 3 nəfərə ömürlük həbs cəzası verilə bilər.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Belə ki, Uilyam Brayan, Qreqori və Travis Makmaykllar qaradərilinin qətlində təqsirli bilinir.

Arberiyə ölümcül atəş açan keçmiş polis məmuru Travis Makmaykl 9 maddə üzrə təqsirli bilinib. Onun atası Qreqori isə afro-amerikalının təqibində iştirak edib. Brayan isə Arberinin ölümünü videoya çəkib.

Qeyd edək ki, Arberinin öldürülməsinin videosu internetdə yayıldıqdan sonra əyalət prokurorluğu işə başlayıb.

Qaradərilinin qətli ABŞ-da son dövrlərin ən səs-küylü məhkəmə işlərindən sayılır.

Son xəbərlər

Orphus sistemi