Yuxarı
    Bağlamaq

    ABŞ-da qadın müəllim insanları adam öldürməyə çağırıb

    O, asayiş keşikçiləri tərəfindən saxlanılıb

    Bakı. 5 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlarda prezident Donald Tramp əleyhinə keçirilmiş mitinqlərdən birində ibtidai sinif müəllimi nümayişçiləri insanları qətlə yetirməyə çağırıb.

    "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qadın Ağ ev administrasiyası üzvlərini və şəxsən prezidenti öldürmək lazım olduğunu bildirib.

    Nəticədə müəllim hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

    "Biz də gərək insanları öldürək. İlk növbədə, biz Ağ evdən başlamalıyıq", - deyə qadın bildirib.

    O, çıxışı zamanı Ağ ev və Donald Trampa qarşı senzuradan kənar ifadələr işlədib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi