ABŞ-da prezident seçkiləri üzrə sosioloji sorğuda Donald Tramp Klintonu qabaqlayıb

ABŞ-da prezident seçkiləri üzrə sosioloji sorğuda Donald Tramp Klintonu qabaqlayıb Sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər
Digər ölkələr
14 Oktyabr , 2016 04:21
ABŞ-da prezident seçkiləri üzrə sosioloji sorğuda Donald Tramp Klintonu qabaqlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp seçicilərin dəstəyinə görə öz rəqibi Hillari Klintonu qabaqlayıb. “Report” “TASS”a istinadən xəbər verir ki, bu nəticəyə Rassmusenin sosioloji sorğu xidməti gəlib.

10-12 oktyabr tarixlərində min beş yüzə yaxın seçicinin iştirakı ilə keçirilən növbəti sosioloji sorğu göstərib ki, Trampa 46.3%, Klintona 41% seçici rəğbət göstərir.

Sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi