ABŞ-da polisə silahlı hücum olub, yaralanan var

ABŞ-da polisə silahlı hücum olub, yaralanan var Aeroport təhlükəsizlik səbəbindən boşaldılıb, bütün uçuşlar dayandırılıb
Digər ölkələr
21 İyun , 2017 18:57
ABŞ-da polisə silahlı hücum olub, yaralanan var

Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında polisə silahlı hücum olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Bişop beynəlxalq hava limanında qeydə alınıb. 

Şahidlər bir polisin boynundan yaralandığını və polisin bir nəfəri həbs etdiyini bildirib. 

Yaralı polis əməkdaşı xəstəxanaya çatdırılıb və sağlıq durumu ağır olaraq qiymətləndirilir. 

Aeroport təhlükəsizlik səbəbindən boşaldılıb, bütün uçuşlar dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi