ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb

ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.
Digər ölkələr
11 İyun , 2018 16:03
ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

Bu barədə "Report" yerli "Orlando Sentinel" qəzetinə istinadən xəbər verir.

Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.

Atışmadan sonra kişi 1 yaşdan 12 yaşa qədər dörd uşağın olduğu mənzildə gizlənib.

Hadisə yerinə xüsusi təyinatlıları gəlib, onlar atəş açan şəxslə danışıqlar aparmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi