ABŞ-da pis hava şəraiti səbəbindən 2 mindən çox aviareys ləğv edilib

ABŞ-da pis hava şəraiti səbəbindən 2 mindən çox aviareys ləğv edilib Fırtına reyslərin Nyu-York, Filadelfiya və Vaşinqtondan uçmasına mane olur
Digər ölkələr
9 Fevral , 2017 03:28
ABŞ-da pis hava şəraiti səbəbindən 2 mindən çox aviareys ləğv edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Amerika aviaşirkətləri ölkənin şimal-şərqində gözlənilən qar fırtınası səbəbindən 2300-ə yaxın aviareysi ləğv ediblər.

"Report" "USA Today"ə istinadən xəbər verir ki, yerli vaxtla 8 fevral, axşam saat 5:20-yə (Bakı vaxtı ilə 9 fevral, saat 02:20) olan vəziyyətə görə, bütün ölkə üzrə 2 min 293 reys ləğv olunub.

Hava proqnozlarına görə, fırtına reyslərin Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqtondan uçmasına mane olur.

Son xəbərlər

Orphus sistemi