ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib

ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib Orlando Polisinin Pensiya Fondu amerikalı milyarder İlon Maska qarşı “Twitter”i 44 milyard dollara almaq niyyətinə görə məhkəməyə müraciət edib.
Digər ölkələr
7 May , 2022 20:50
ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib
İlon Mask

Orlando Polisinin Pensiya Fondu amerikalı milyarder İlon Maska qarşı “Twitter”i 44 milyard dollara almaq niyyətinə görə məhkəməyə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddia Delaver ştatının məhkəməsinə verilib. Fond şirkətin səhmdarlarından biridir. O, təkid edir ki, ştat qanunlarına görə, səhmlərin üçdə ikisinin sahiblərinin razılığı olmadan Mask 2025-ci ilə qədər “Twitter”im alınması ilə bağlı müqaviləni tamamlaya bilməz.

Məhkəmə sənədlərinə görə, Mask Twitter-in səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edir. “Twitter” məlumata münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi