ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb

ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Corciya ştatının şərqində təyyarə qəzası zamanı Belarusdan olan Amerika hərbçisi də daxil olmaqla 4 nəfər həlak olub.
Digər ölkələr
27 Avqust , 2018 06:35
ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Corciya ştatının şərqində təyyarə qəzası zamanı Belarusdan olan Amerika hərbçisi də daxil olmaqla 4 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, kiçik təyyarə şənbə günü Svaynsboro şəhəri yaxınlığındakı aerodromun yay sahəsinə düşüb. Onun göyərtəsində pilotla yanaşı 5 nəfər olub. Qəza zamanı 4 nəfər ölüb, 1-i xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında ABŞ ordusunun (quru qoşunları) "Golden Knights" paraşüt dəstəsinin serjanı Aleksandr Baxrittseviç də olub.

Qəzanın səbəbləri hələ ki, müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi