ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb

ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb İnsident "Spring Hill" mehmanxanasında baş verib
Digər ölkələr
22 Oktyabr , 2017 04:49
ABŞ-da oteldə partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Şənbə günü axşam ABŞ-ın Konnektikut ştatının Mensfild şəhərində yol kənarında yerləşən oteldə baş vermiş partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NBC telekanalı məlumat yayıb.

İnsident "Spring Hill" mehmanxanasında baş verib. Hadisə yerinə fövqəladə hallar xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İnsidentin səbəbləri və hansı şəraitdə baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi