ABŞ-da orta məktəbdə atışmada ölənlərin sayı 21-ə çatıb, yaralılar var

ABŞ-da orta məktəbdə atışmada ölənlərin sayı 21-ə çatıb, yaralılar var ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.
Digər ölkələr
25 May , 2022 03:31
ABŞ-da orta məktəbdə atışmada ölənlərin sayı 21-ə çatıb, yaralılar var

ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub.

“Report”un məlumatına görə, bu barədə CNN xəbər verir.

Daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.

Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb", - qubernator deyib.

Bundan əvvəl iki məktəblinin öldüyü barədə məlumat yayılmışdı. ABC-nin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, 10-dan çox yaralı var.

Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.

00:40

ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

"Report"un xəbərinə görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagird, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

“Atəş açan ölüb. Güman edilir ki, o, hadisə yerinə gələn polislər tərəfindən güllələnib", - qubernator mətbuat konfransında deyib.

Qatilin tapança və ehtimal ki, tüfənglə silahlanmış 18 yaşlı yerli sakin Salvador Romas olduğu müəyyən edilib.

Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.

Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.

Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi. 

00:26

ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində iki şagird həlak olub.

“Report”un məlumatına görə, bu barədə “Fox News” polisə istinadən xəbər verib.

İnsidentin digər təfərrüatları, eləcə də ölənlərin dəqiq sayı hələ açıqlanmayıb. Bu arada, ABC telekanalının məlumatına görə, ibtidai məktəbdə atışma ilə nəticələnən insident nəticəsində iki uşaq ölüb. Eyni zamanda, bildirilir ki, həkimlər daha 13 şagirdə yardım göstərir. İnsident zamanı daha bir yaşlı şəxs yaralanıb.

Dövlət orqanları hələ ölənlər barədə məlumat verməyib. Hadisənin motivləri də məlum deyil.

Son xəbərlər

Orphus sistemi