ABŞ-da onlarla insan qasırğanın qurbanı oldu - VİDEO

ABŞ-da onlarla insan qasırğanın qurbanı oldu - VİDEO ABŞ-ın cənubundakı qasırğa və güclü küləyin qurbanlarının sayı 26 nəfərə qədər artıb.
Digər ölkələr
14 Aprel , 2020 01:05
ABŞ-da onlarla insan qasırğanın qurbanı oldu - VİDEO

ABŞ-ın cənubundakı qasırğa və güclü küləyin qurbanlarının sayı 26 nəfərə qədər artıb.

“Report”un məlumatına görə, bu barədə ABC telekanalı bazar ertəsi bildirib.

Telekanalın məlumatına görə, ən böyük zərər Missisipiyə dəyib. Bu ştatda on bir nəfər pis hava şəraitin qurbanı olub.

Cənub Karolina ştatında əlverişsiz hava nəticəsində səkkiz nəfər ölüb, daha altı nəfər Corciyada həlak olub. Bununla yanaşı, Arkanzasda da bir nəfər ölüb. 

Qeyd edilir ki, Luiziana ştatında 300 evə qədər zərər dəyib. Lakin tələfat haqqında məlumat yoxdur. 

Qasırğa və güclü külək Luiziana, Arkanzas, Tennessi, Alabama, Cənub KarolinaŞimal Karolinada bazar günü tüğyan edib. Nəticədə 800 min sakin enerji təchizatından məhrum olub.

Xatırladaq ki, Missisipi, Luiziana və Alabamanın qubernatorları bu ştatların ərazilərində fövqəladə vəziyyət rejimi elan ediblər.

Son xəbərlər

Orphus sistemi