ABŞ-da ofis binasında atışma zamanı 5 nəfər yaralanıb

ABŞ-da ofis binasında atışma zamanı 5 nəfər yaralanıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Viskonsin ştatının Middlton şəhərində cinayətkar ofis binasında atəş açıb.
Digər ölkələr
19 Sentyabr , 2018 23:47
ABŞ-da ofis binasında atışma zamanı 5 nəfər yaralanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Viskonsin ştatının Middlton şəhərində cinayətkar ofis binasında atəş açıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onu zərərsizləşdiriblər.

Silahlı insident nəticəsində 5 nəfər, eləcə də, atəş açan şəxs yaralanıb.

Ərazidə Federal Təhqiqatlar Bürosunun əməkdaşları və xüsusi xidmət işçiləri işləyir.

Son xəbərlər

Orphus sistemi