ABŞ-da növbəti atışma baş verib, 6 nəfər ölüb

ABŞ-da növbəti atışma baş verib, 6 nəfər ölüb ABŞ-da növbəti silahlı insident qeydə alınıb
Digər ölkələr
10 May , 2021 00:30
ABŞ-da növbəti atışma baş verib, 6 nəfər ölüb

ABŞ-da növbəti silahlı insident qeydə alınıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kolorado ştatında olub. Kolorado Sprinqs şəhərində doğum günü münasibətilə təşkil edilən əyləncə mərasimində baş verən atışma zamanı 6 nəfər ölüb. Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü də öldürüb.

Qeyd edək ki, bu, ABŞ-da növbəti silahlı insidentdir. Daha əvvəl Arizona ştatında da atışma olub. Finiks şəhərində, “Hyatt Regency” otelində baş verən insident zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi