​ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan erməni tutulub

​ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan erməni tutulub Polis onun 2001-ci ildən bu işlə məşğul olduğunu deyib
Digər ölkələr
24 Dekabr , 2015 20:10
​ABŞ-da narkotik maddələrin satışı ilə məşğul olan erməni tutulub

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin 55 yaşlı erməni sakini Con Balyanın yaşadığı mənzildən 5 kq tiryək, bir kq heroin, 200 q metamfetamin aşkarlanaraq müsadirə edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Qlendeyl polisi bildirib.

Məlumata görə, Balyanın narkotik maddə ticarəti ilə məşğul olduğunu təsdiqləyən təkcə narkotik maddələr deyil, tərəzi, narkotik maddənin qablaşdırılması üçün materiallar və başqa əşyalar aşkarlanıb.

Xəbərdə bildirilib ki, evin yiyəsi Martik Baqomyandır. Balyan həmin mənzildə həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır.

Məlumata görə, Balyan bir il öncə tiryək satdığı üçün tutulubmuş, ancaq onda girov qarşılığında sərbəst buraxılıb. Polisin sözlərinə görə, bu dəfə onu girov da xilas edə bilməyəcək.

Hüquq-mühafizə orqanlarının təmsilçiləri bildirib ki, Balyan 2001-ci ildən narkotik maddələrin qanunsuz satışı ilə məşğuldur.  

Son xəbərlər

Orphus sistemi