ABŞ-da naməlum şəxslər təyyarəni Kapitoli binasına çırpmaqla hədələdilər

ABŞ-da naməlum şəxslər təyyarəni Kapitoli binasına çırpmaqla hədələdilər Nyu-Yorkda bir neçə aviadispetçer anaməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmağa və İran generalı Qasım Suleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər.
Digər ölkələr
6 Yanvar , 2021 05:43
ABŞ-da naməlum şəxslər təyyarəni Kapitoli binasına çırpmaqla hədələdilər

Nyu-Yorkda bir neçə aviadispetçer naməlum şəxslərin təyyarədə Kapitolinin binasına uçmaq və İran generalı Qasım Suleymaninin qisasını almaq hədəsi ilə bağlı səs yazısını eşidiblər.

“Report”un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib.

"Çərşənbə günü biz təyyarədə Kapitoliyə uçacağıq. Suleymaninin qisas alınacaq", - telekanal bazar ertəsi Nyu-Yorkun aviadispetçerlərinin eşitdiklərindən sitat gətirib.

Bu xəbərdarlıqların kimlər tərəfindən göndərildiyi hələ müəyyənləşdirilməyib.

Telekanalın məlumatına görə, bununla belə, hakimiyyət hücum təhlükəsinin baş verəcəyini ehtimal etmir. Onlar aviasiya tezliklərini araşdırırlar.

Son xəbərlər

Orphus sistemi