ABŞ-da naməlum şəxs insanlara atəş açıb, xəsarət alanlar var

ABŞ-da naməlum şəxs insanlara atəş açıb, xəsarət alanlar var Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-da naməlum şəxs insanlara atəş açıb.
Digər ölkələr
17 Dekabr , 2017 02:11
ABŞ-da naməlum şəxs insanlara atəş açıb, xəsarət alanlar var

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-da naməlum şəxs insanlara atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Los-Ancelesdə baş verib. Avtomobildən açılan atəş nəticəsində aralarında 9 yaşlı qız da olmaqla, 5 nəfər xəsarət alıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisəni törədən şəxsin saxlanılması barədə məlumat yoxdur. İnsidentin səbəbləri hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi