ABŞ-da naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb

ABŞ-da naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb ABŞ-da atışma olub.
Digər ölkələr
25 Dekabr , 2019 04:20
ABŞ-da naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Breaking News" bildirib.

Məlumata görə, hadisə Şimali Karolina ştatının Hay-Poynt şəhərində, avtomobil dayanacağında qeydə alınıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobilindən ətrafdakılara atəş açıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan 3-ü ağır vəziyyətdədir.

Cinayətkarın tutulması haqqında məlumat yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Atışmanın başvermə şəraiti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi