ABŞ-da “Microsoft” xidmətinin işində nasazlıq yaranıb

ABŞ-da “Microsoft” xidmətinin işində nasazlıq yaranıb ABŞ-ın bir sıra istifadəçiləri “Microsoft 365” proqram xidmətinin işində nasazlıqlar haqqında bildiriblər
Digər ölkələr
2 Aprel , 2021 03:34
ABŞ-da “Microsoft” xidmətinin işində nasazlıq yaranıb

ABŞ-ın bir sıra istifadəçiləri “Microsoft 365” proqram xidmətinin işində nasazlıqlar haqqında bildiriblər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xüsusi halda, “Microsoft Teams”ın qrup işi platformanın fəaliyyətində problemlər müşahidə olunur. İstifadəçilərin 76%-i serverə qoşulmada çətinliklərlə üzləşiblər, daha 20% öz hesabına, 3% isə sayta girə bilmir.

Şikayətləri daha çox ölkənin şərq və qərb sahillərində yaşayan istifadəçilər edib.

Son xəbərlər

Orphus sistemi