ABŞ-da məktəbli 3 şagirdi güllələyib, 8 nəfəri yaralayıb

ABŞ-da məktəbli 3 şagirdi güllələyib, 8 nəfəri yaralayıb ABŞ-ın Oksford şəhərində (Miçiqan ştatı) məktəbdə atışma nəticəsində azı 3 şagird həlak olub.
Digər ölkələr
1 Dekabr , 2021 02:46
ABŞ-da məktəbli 3 şagirdi güllələyib, 8 nəfəri yaralayıb

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"(Hadisənin) müxtəlif mərhələlərində yaralanan səkkiz nəfərimiz var, onlar üç müxtəlif xəstəxanadadırlar", - polis rəsmisi deyib.

Hüquq-mühafizə orqanının sözçüsü əlavə edib ki, yaralılardan ikisi hazırda cərrahi əməliyyat olunur, daha altı yaralının vəziyyəti sabit qiymətləndirilir. Bundan əvvəl altı nəfərin xəsarət alması barədə məlumat verilib.

Ölənlərin sayı dəyişməz qalıb - atışmanın qurbanları 14-17 yaş arası üç yeniyetmədir.

Polis çərşənbə axşamı bildirib ki, 15 yaşlı şagird Oksford məktəbində yarımavtomat tapançadan 15-20 atəş açıb. Saxlanılan zaman onun istifadə etdiyi silah müsadirə edilib, hücumçu müqavimət göstərməyib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerində hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı işləyir.

00:40

ABŞ-ın Oksford şəhərində (Miçiqan ştatı) məktəbdə baş verən atışma nəticəsində azı 3 şagird həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Təəssüf ki, biz üç nəfərin öldüyünü təsdiq edirik. Onların hamısı ehtimal ki, şagirdlərdir", - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirb.

O, atışma nəticəsində biri müəllim olmaqla, daha altı nəfərin yaralandığını izah edib. Atəş 15 yaşlı şagird tərəfindən açılıb. Cinayətkar saxlanılıb.

Polis nümayəndəsinin sözlərinə görə, saxlanılan şəxs yarımavtomat tapançadan 15-20 atəş açıb. Hüquq mühafizəçiləri həbs zamanı silahı əyani sübut kimi götürüblər.

Hadisə ilə bağlı araşdırma aparılır, ərazidə hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı işləyir.

Son xəbərlər

Orphus sistemi