ABŞ-da məktəbdə ikinci atışma olub, ölən və yaralananlar var

ABŞ-da məktəbdə ikinci atışma olub, ölən və yaralananlar var Bakı. 19 may. REPORT.AZ/ ABŞ-da məktəbdə atışma olub.
Digər ölkələr
19 May , 2018 06:37
ABŞ-da məktəbdə ikinci atışma olub, ölən və yaralananlar var

Bakı. 19 may. REPORT.AZ/ ABŞ-da məktəbdə atışma olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "WXIA-TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Corciya ştatındakı Kleyton dairəsinin təhsil müəssisələrindən birində, buraxılış mərasimi zamanı qeydə alınıb. Silahlı insident nəticəsində 3 nəfər yaralanıb. Onlar yerli xəstəxanaya çatdırılıb. Lakin yaralılardan biri sonradan ölüb.

Hüquq-mühafizə orqanları təhqiqata başlayıb.

Qeyd edək ki, bu, ABŞ-da orta məktəbdə baş verən ikinci atışmadır.

Son xəbərlər

Orphus sistemi