ABŞ-da məktəbdə baş vermiş atışmada ölən və yaralananlar var

ABŞ-da məktəbdə baş vermiş atışmada ölən və yaralananlar var Atəş açan şəxs saxlanılıb
Digər ölkələr
23 Yanvar , 2018 19:46
ABŞ-da məktəbdə baş vermiş atışmada ölən və yaralananlar var

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatında məktəbdə baş vermiş atışma nəticəsində ən azı 1 nəfər ölüb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Mett Bevin özünün "Twitter" səhifəsində yazıb.

"Marşal dairəsinin məktəbində faciəli atışma baş verib. Atəş açan şəxs saxlanılıb. Bir nəfərin ölməsi və bir çox insanın yaralanması təsdiqlənib", - Mett Bevin qeyd edib.

Son xəbərlər

Orphus sistemi