ABŞ-da məhkəmə “Google” və “Apple” proqramlarından Çinin “TikTok” sosial şəbəkəsi proqramının silinməsi haqqında Amerika administrasiyasının qərarının qüvvəyə minməsini müvəqqəti bloklayıb.
Bu barədə "Report"
"TikTok"un yüklənməsi üzrə qadağa yerli vaxtla saat 23:59-da (Bakı vaxtı ilə saat 07:59-da -red) qüvvəyə minməli idi.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok” ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.
Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla “TikTok”un sahibi olan Çinin “ByteDance Ltd.” şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib. Möhlətə əsasən prosedurlari noyabrın 12-dək tamamlanmalıdır.