Yuxarı
    Bağlamaq

    ABŞ-da məhkəmə binasında atışma olub, şerifin iki müavini yaralanıb

    Hadisədə şübhəli bilinən şəxs özünü öldürüb© Twitter

    Bakı. 20 iyun. REPORT.AZ/ ABŞ-ın Tenessi ştatının məhkəmə binasında baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə ştatın Araşdırmalar Bürosu məlumat yayıb.

    "Koffi dairəsi şerifinin iki müavini məhkəmə binasında atışma zamanı yaralanıb və hazırda xəstəxanadadırlar", - deyə büro nümayəndələri "Twitter" mikrobloqunda yazıblar.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxsin öldüyü deyilir.

    "Reuters" xəbər verir ki, Koffi dairəsi şerifinin ofisinin əməkdaşı Laki Nott dindirilmək üçün məhkəmə binasına gətirilən dustağın şerifin müavinlərindən birinin tapançasını götürərək atəş açdığını, müavinlərdən birinin qarnından, digərinin isə əlindən yaralandığını bildirib.

    Dustağın daha sonra qaçdığı və ehtimal ki, özünə açdığı atəş nəticəsində öldüyü qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi