​ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının sərgiləndiyi ərazidə atışma olub

​ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının sərgiləndiyi ərazidə atışma olub İnsident nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb
Digər ölkələr
4 May , 2015 07:37
​ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının sərgiləndiyi ərazidə atışma olub

Bakı. 4 may. REPORT.AZ/ Amerikanın Texas ştatının Qarlend şəhərində söz azadlığının müdafiəsinə həsr olunan aksiyanın keçirildiyi, xüsusilə də İslam peyğəmbəri həzrəti Məhəmmədin (s.a.a.s) karikaturalarının nümayiş olunduğu sərgi qarşısında atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli polis nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.

Məlumata görə, atəş açan iki nəfər öldürülüb, mühafizəçilərdən biri ayağından yaralanıb.

İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil, həmçinin onun sərgi ilə əlaqəli olub-olmadığı açıqlanmır.

Sərgi mərkəzindən onlarla insan təxliyə edilib.

Bildirilir ki, mükafat fondu 10 min dollar olan sərgidə Məhəmməd peyğəmbərin (s) ən yaxşı karikaturalarına həsr olunan müsabiqə keçirilib.

Hazırda hakimiyyət orqanları hadisə baş verən yerdə partlayıcı qurğunun ola biləcəyindən ehtiyatlanırlar.

Son xəbərlər

Orphus sistemi