Yuxarı

​ABŞ-da lotoreya qalibi 4,3 milyon dollar məbləğində cekpot udub

Bu, tarixdə oynanılan 9-cu cekpotdur

Bakı. 8 may. REPORT.AZ/ ABŞ-da keçirilən "Powerball" lotoreyasında 429 milyon dollar məbləğində cekpot oynanılıb.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, hələ ki, qalibin bileti Nyu-Cersidə aldığı məlumdur.

Qeyd olunur ki, bu, tarixdə oynanılan 9-cu cekpotdur.

Cekpotu 292 milyon nəfərdən 1-nin udmaq şansı olub. Statistikaya əsasən, ABŞ vətəndaşlarının ölkə prezidenti olmaq şansları bu lotoreyanı udmaq şansından 25 dəfə çoxdur.

"Powerball" lotoreyası 44 ştatda, həmçinin Vaşinqtonda, Puerto-Rikoda və Virciniya adalarında oynanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi