ABŞ-da körpü qaz kəmərinin üzərinə düşüb, xəsarət alanlar var

ABŞ-da körpü qaz kəmərinin üzərinə düşüb, xəsarət alanlar var ABŞ-ın Pensilvaniya ştatının şərqində körpü qaz kəmərinin üzərinə düşüb.
Digər ölkələr
28 Yanvar , 2022 19:29
ABŞ-da körpü qaz kəmərinin üzərinə düşüb, xəsarət alanlar var

ABŞ-ın Pensilvaniya ştatının şərqində körpü qaz kəmərinin üzərinə düşüb.

"Report" xəbər verir ki, bu barədə Pittsburq İctimai Təhlükəsizlik Xidməti tviterdə məlumat yayıb.

Hadisə yerində yanğınsöndürən, təcili yardım və polis işləyir. Uçmuş körpünün altında insanların olmadığına əmin olmaq üçün orada axtarış əməliyyatları aparılır.

Çökmə nəticəsində 3 nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə Cozef Baydenin Pitsburqdakı çıxışından bir neçə saat əvvəl baş verib.

ABŞ Prezidentinin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Baydenə insidentlə bağlı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi