ABŞ-da koronavirusla bağlı testlərin sayı 10 milyonu keçdi

ABŞ-da koronavirusla bağlı testlərin sayı 10 milyonu keçdi ABŞ-da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı məlum olub.
Digər ölkələr
14 May , 2020 03:57
ABŞ-da koronavirusla bağlı testlərin sayı 10 milyonu keçdi

ABŞ-da yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı məlum olub.

“Report”un məlumatına görə, bu barədə Ağ Ev lideri Donald Tramp keçirdiyi brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 milyondan çox test aparılıb.

Hazırda Birləşmiş Ştatlarda 1,4 milyona yaxın şəxsdə koronavirus aşkarlanıb. COVID-19-un yaratdığı xəstəlikdən 83,7 min şəxs dünyasını dəyişib. Müalicə alan 230 min xəstə sağalıb.

Tramp bu qədər yüksək rəqəmin olmasını aktiv testlə izah edib.

Son xəbərlər

Orphus sistemi