ABŞ-da koronavirusdan müalicə ilə bağlı onlarla metod sınanılır

ABŞ-da koronavirusdan müalicə ilə bağlı onlarla metod sınanılır ABŞ-da koronavirusdan müalicənin müxtəlif metodlarının 70-dən çox sınağı aparılır.
Digər ölkələr
21 Aprel , 2020 03:02
ABŞ-da koronavirusdan müalicə ilə bağlı onlarla metod sınanılır

ABŞ-da koronavirusdan müalicənin müxtəlif metodlarının 70-dən çox sınağı aparılır.

“Report”un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"İndi ABŞ-da 72 aktiv sınaq aparılır. Terapevt metodikalar, onların tədqiqatları və müalicə üsulları aparılır, daha 211 sınaq planlaşdırma mərhələsindədir. Söhbət müalicə və vaksinlərdən gedir", - Tramp deyib.

"Şəxsən mən müalicə metodlarına üstünlük verirəm, çünki onlar dərhal insanlara kömək edir", - Tramp əlavə edib.

Həkimlər daha əvvəl xəbərdarlıq ediblər ki, koronavirus vaksinin yaradılması pandemiyanın başlanmasından azı 12-18 ay vaxt aparacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi