ABŞ-da koronavirusa yoluxmuş ilk it öldü

ABŞ-da koronavirusa yoluxmuş ilk it öldü ABŞ-da koronavirusa yoluxmuş alman ovçarkası xəstəlik diaqnozundan 1 ay sonra ölüb.
Digər ölkələr
30 İyul , 2020 23:55
ABŞ-da koronavirusa yoluxmuş ilk it öldü

ABŞ-da koronavirusa yoluxmuş alman ovçarkası xəstəlik diaqnozundan 1 ay sonra ölüb.

“Report” xəbər verir ki, bu barədə National Geographic” jurnalı bildirib.

Aprelin ortalarında Nyu-York ştatında yaşayan 7 yaşlı “Baddi” ləqəbli itdə nəfəsalmada çətinlik simptomları aşkarlanıb. İyunun əvvəlində ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Heyvanların və Bitkilərin Sağlamlığının Yoxlanılması Xidməti bildirib ki, heyvanda koronavirus aşkarlanıb.

Baddi”nin sahibləri jurnalın əməkdaşlarına heyvanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və onun ölümqabağı simptomlarını izah edən tibbi kart verib.

Onun ölümünə COVID-19-un və ya bədxassəli şişin səbəb olduğu hələlik məlum deyil.

Daha əvvəl ABŞ-ın Baytarlıq Xidməti bildirib ki, koronavirus pələngdə, şirdə və iki pişikdə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi