ABŞ-da koronavirus qurbanlarının sayı 14 min nəfəri ötdü - YENİLƏNİB

ABŞ-da koronavirus qurbanlarının sayı 14 min nəfəri ötdü - YENİLƏNİB ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
688
9 Aprel , 2020 00:47
ABŞ-da koronavirus qurbanlarının sayı 14 min nəfəri ötdü - YENİLƏNİB

ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə pandemiya qurbanlarının sayı 14 262 nəfərə çatıb. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı demək olar 420 min nəfərə yüksəlib. Koronavirusa yoluxmuş 23 minə yaxın insan sağalıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.


***23:46

ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, ölkədə ümumilikdə 401 166 nəfər virusa yoluxub, koronavirusdan ölənlərin sayı 13 minə (12 936 nəfər) yaxınlaşıb. Birləşmiş Ştatlarda 22,5 mindən çox pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi