ABŞ-da koronavirusa yoluxanların sayı 3,83 milyonu keçdi

ABŞ-da koronavirusa yoluxanların sayı 3,83 milyonu keçdi ABŞ-da son sutka ərzində 56 750 nəfər yeni növ koronavirusa yoluxub
Digər ölkələr
610
21 İyul , 2020 18:11
ABŞ-da koronavirusa yoluxanların sayı 3,83 milyonu keçdi

ABŞ-da son sutka ərzində 56 750 nəfər yeni növ koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetindən bildiriblər.

Universitetdən verilən məlumata görə, son sutka ərzində həmçinin COVID-19 ilə bağlı 372 ölüm hadisəsi də qeydə alınıb.

Qeyd edək ki, universitetin məlumatına görə, ABŞ-da pandemiya dövründə 3 830 926 koronavirusa yoluxma haaşkar edilib, 140 mindən çox insan virus səbəbi ilə həyatını itirib.

Son xəbərlər

Orphus sistemi