ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 100 min nəfərdən çoxdur.
“Report” “TASS” istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.
Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 100 717 yoluxma halı təsdiqlənib, 1 478 nəfər ölüb. Ümumilikdə isə 862 nəfər sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.
Təşkilatın son məlumatlarına görə, dünyada 509 164 nəfər virusa yoluxub, 23 335 nəfər isə pandemiyanın qurbanı olub.