ABŞ-da koronavirus qurbanlarının sayı 80 minə çatır

ABŞ-da koronavirus qurbanlarının sayı 80 minə çatır Son sutka ərzində ABŞ-da koronavirusa 25 mindən çox yoluxma aşkarlanıb, 1,6 mindən çox insan ölüb.
Digər ölkələr
10 May , 2020 17:11
ABŞ-da koronavirus qurbanlarının sayı 80 minə çatır

Son sutka ərzində ABŞ-da koronavirusa 25 mindən çox yoluxma aşkarlanıb, 1,6 mindən çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatlarını toplayan, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, ABŞ-da son gün ərzində virusa yeni 25 261 yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlarda son 24 saat ərzində COVID-19-dan 1 615 pasiyent ölüb.

Universitet bildirib ki, bütün pandemiya ərzində ABŞ-da 1 309 541-dən çox insan koronavirusa yoluxub, 78 794 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi