ABŞ-da Konqres üzvlərinə silahlı hücum olub, 5 nəfər yaralanıb

ABŞ-da Konqres üzvlərinə silahlı hücum olub, 5 nəfər yaralanıb Hadisə zaman beysbol meydançasında Konqresin 15-25 üzvü olub, onların xəsarət alıb-almamaları barədə hələlik məlumat yayılmayıb
Digər ölkələr
14 İyun , 2017 16:14
ABŞ-da Konqres üzvlərinə silahlı hücum olub, 5 nəfər yaralanıb

Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ Konqresinin üzvü Stiv Skalis odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CBS telekanalının “Twitter” səhifəsində məlumat yayılıb. 

İnformasiyaya əsasən, hadisə ölkənin Virciniya ştatında beysbol meydanında baş verib. Hadisə zamanı 100-dən çox atəş səsi eşidlib. Atışma nəticəsində konqresmen Stiv Skalisdən başqa daha 4 nəfər yaralanıb.

Məlumata görə, hadisə zaman beysbol meydançasında Konqresin 15-25 üzvü olub. Başqa konqresmenlərin xəsarət alıb-almamaları barədə hələlik məlumat yayılmayıb. 

Polisin ilkin məlumatına görə, konqresmenlərə hücum edənlərin sayı bir nəfərdən çox olub. Onlardan biri zərərsizləşdirilib. 

İnformasiyaya əsasən, hadisə ilə bağlı ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Qeyd edək ki, 51 yaşlı Stiv Skalis Respublikaçılar Partiyasının rəhbərliyində 3-cü şəxs sayılır. O, 2008-ci ildən Konqresdə Luizianna ştatını təmsil edir.

Son xəbərlər

Orphus sistemi