Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ-ın Vaşinqton ştatının Belfeyr şəhərində atışma nəticəsində 5 nəfər qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə "Seattle Times" məlumat yayıb.
Polisin məlumatına görə, cümə günü səhər naməlum şəxs hüquq-mühafizə orqanlarına zəng vuraraq iki uşağını, həyat yoldaşını və daha bir nəfəri qətlə yetirdiyini bildirib. Hadisə yerinə gələn polis zabitləri ərazini bir müddət mühasirədə saxlayıblar, sonda kişi evdən çıxaraq özünü güllələyib.
Hadisənin təfərrüatları məlum deyil. İnsident nəticəsində sağ qalan qız uşağı xəstəxanaya yerləşdirilib.