ABŞ-da işsizlik səviyyəsi 3,9%-ə yüksəlib

Digər ölkələr
  • 08 mart, 2024
  • 15:27
ABŞ-da işsizlik səviyyəsi 3,9%-ə yüksəlib

ABŞ-da işsizlik səviyyəsi 2024-cü ilin fevral ayında 3,9%-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Əmək Departamentinin hesabatda deyilir.

Qeyd olunub ki, fevralda işsizlik səviyyəsi 0,2 faiz bəndi yüksəlib və 2024-cü ilin yanvar ayı ilə müqayisədə 3,7% təşkil edib.

İşsizlərin sayı 334 min nəfər artaraq 6,5 milyon nəfərə çatıb. Bir il əvvəl bu rəqəm 6 milyon idi.

Son xəbərlər

Bütün Xəbər Lenti