ABŞ-da insana donuz ürəyi köçürülüb

ABŞ-da insana donuz ürəyi köçürülüb ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.
Digər ölkələr
11 Yanvar , 2022 03:05
ABŞ-da insana donuz ürəyi köçürülüb

ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.

“Report” xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

"Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır. Baltimorda (Merilend ştatı-red) səkkiz saat davam edən əməliyyat keçirilib. Merilend Universitetinin Tibb Mərkəzinin cərrahlarının dediyinə görə, xəstənin vəziyyəti yaxşıdır", - qəzet yazıb.

Xəbərdə qeyd edilir ki, 57 yaşlı resipiyentin adı Devid Bennetdir. Onun həyatı üçün təhlükə yaradan ürək xəstəliyi olub, geni dəyişdirilmiş donuzun ürəyinin transplantasiyası orqanları sıradan çıxmış yüz minlərlə xəstəyə ümid verir.

Son xəbərlər

Orphus sistemi