ABŞ-da ilk dəfə azot inhalyasiyası ilə ölüm cəzasının tətbiqi planlaşdırılır

ABŞ-da ilk dəfə azot inhalyasiyası ilə ölüm cəzasının tətbiqi planlaşdırılır ABŞ-ın Alabama ştatı ölüm cəzasını azot inhalyasiyası ilə həyata keçirmək istəyir. Əgər həyata keçirilərsə, bu üsulu məhbuslara tətbiq edən ilk ştat olacaq.
Digər ölkələr
26 Avqust , 2023 12:00
ABŞ-da ilk dəfə azot inhalyasiyası ilə ölüm cəzasının tətbiqi planlaşdırılır

ABŞ-ın Alabama ştatı ölüm cəzasını azot inhalyasiyası ilə həyata keçirmək istəyir. Əgər həyata keçirilərsə, bu üsulu məhbuslara tətbiq edən ilk ştat olacaq.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yazıb.

Agentliyin məlumatına görə, ştatın baş prokurorluğu yerli məhkəmədən 2022-ci ildə ölüm hökmündən qaçan Kennet Yudjina Smitə ölümcül iynə vurula bilmədiyinə görə onun edamı üçün vaxt təyin etməyi xahiş edib: "Alabama onu azot hipoksiyası ilə edam etməyi planlaşdırır".

Qeyd edək ki, bu edam növü ilə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, onu oksigendən məhrum edir. Hazırda ABŞ-ın üç ştatında bu cəza üsuluna icazə verilir, lakin praktiki olaraq heç vaxt istifadə olunmayıb.

Son xəbərlər

Orphus sistemi