ABŞ-da İsa peyğəmbərin təsviri olan Milad reklamı qadağan edilib

ABŞ-da İsa peyğəmbərin təsviri olan Milad reklamı qadağan edilib Bu barədə qərar Vaşinqton Tranzit Daşımalar Mərkəzi tərəfindən qəbul olunub
Digər ölkələr
29 Noyabr , 2017 22:27
ABŞ-da İsa peyğəmbərin təsviri olan Milad reklamı qadağan edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ-da avtobusların üzərinə İsa peyğəmbərin (ə) təsviri olan reklamın yerləşdirilməsi qadağan edilib.

“Report” xəbər verir ki, Vaşinqton, Merilend və Virciniya ştatları üzrə 1500 avtobusu idarə edən Vaşinqton Tranzit Daşımalar Mərkəzi (VTDM) bu addımını reklamın dini təbliğat xarakteri daşıması ilə əsaslandırıb.

Amerika keşişləri buna cavab olaraq şirkəti məhkəməyə verməyə hazırlaşır.

Vaşinqtonun arxiyepiskopu ümid edir ki, federal məhkəmə VTDM-i bu qərarından imtina etməyə məcbur edəcək.

Son xəbərlər

Orphus sistemi