ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın quru qoşunlarına məxsus vertolyot Kaliforniya ştatında yerə düşüb.
Digər ölkələr
21 Yanvar , 2018 05:45
ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var
Foto: Joyreactor.cc

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın quru qoşunlarına məxsus vertolyot Kaliforniya ştatında yerə düşüb.

"Report" xəbər verir ki, bu barədə TASS yerli mətbuata istinadən məlumat yayıb.

"Fox News" telekanalının Pentaqon nümayəndəsinə istinadən məlumatına görə, qəza zamanı iki heyət üzvü həlak olub. Qəzanın səhrada baş verdiyi bildirilir. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.

AH-64 "Apache" vertolyotunun təlim uçuşu həyata keçirdiyi bildirilir. Hadisə ilə əlaqədar təhqiqata başlanılıb.

Telekanal qeyd edib ki, bu, cari ildə Amerika hərbçilərinin ölümünə səbəb olan ilk bədbəxt hadisədir.

Son xəbərlər

Orphus sistemi