Bakı. 2 oktyabr. REPORT.AZ/ Bazar günü ABŞ-ın Tennessi ştatının şərqindəki meşəlik ərazidə hərbi təyyarə qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmət nümayəndələrinə istinadən ABC telekanalının yerli filialı məlumat yayıb.
Telekanalın məlumatına görə, hava gəmisinin göyərtəsində olanların heç biri sağ qalmayıb. Söhbətin "Boeing T-45 Goshawk" tipli təlim-məşq təyyarəsindən getdiyi ehtimal edilir. Lakin, bu, öz rəsmi təsdiqini tapmayıb.