ABŞ-da hərbi helikopter qəzaya uğradı, ölən və yaralananlar var

ABŞ-da hərbi helikopter qəzaya uğradı, ölən və yaralananlar var ABŞ-ın Kaliforniya ştatında“Black Hawk” adlı hərbi helikopterinin qəzaya uğrayıb.
Digər ölkələr
390
29 Avqust , 2020 03:19
ABŞ-da hərbi helikopter qəzaya uğradı, ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında “Black Hawk” adlı hərbi helikopteri qəzaya uğrayıb.

"Report" Los Angeles Times qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbiçi ölüb, 3 nəfər isə yaralanıb

"Qəza olan zaman ABŞ ordusunun Xüsusi Əməliyyat Komandanlığı bölməsi Kaliforniya ştatının Koronado yaxınlığında təlim keçirdi. İki hərbçi şəhid oldu və üçü yaralandı. Həmin əraziyə giriş qadağan edilib, araşdırmalar gedir"-deyə qəzet yazır. 

Qəzet onu da qeyd edib ki, hadisə San Diego şəhərinin təqribən 112 kilometr qərbində yerləşən San-Klemente adasında baş verib.

Son xəbərlər

Orphus sistemi