ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var ABŞ-ın Kaliforniya ştatının şimalında özəl helikopter qəzaya uğrayıb.
Digər ölkələr
2 Avqust , 2021 05:48
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Kaliforniya ştatının şimalında özəl helikopter qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS13 telekanalı məlumat yayıb.

Məlumata görə, qəza zamanı dörd nəfər həlak olub.

Regionun polisi helikopterin avqustun 1-də günortadan sonra qəzaya uğradığını bildirib.

Hadisə ilə bağlı araşdırma təyin edilib. Qəzanın təhqiqatı Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurasının (NTSB) əməkdaşları tərəfindən aparılır.

Son xəbərlər

Orphus sistemi