Yuxarı

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini bildirib

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Minnesota ştatının Layno-Leyks şəhəri ərazisində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər ölüb.

"Report" ABC televiziyasına istinadən xəbər verir ki, polis helikopterin gölə düşdüyünü bildirib.

Yerli polis rəisi helikopterin yanmış qalıqlarının aşkar edildiyini də vurğulayıb.

Şahidlər partlayış səsi eşitdiklərini və yanan bir kürənin yerə endiyini gördüklərini söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi