ABŞ-da polis helikopteri qəzaya uğradı, ölən var

ABŞ-da polis helikopteri qəzaya uğradı, ölən var ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopter qəzası baş verib.
Digər ölkələr
3 May , 2020 02:28
ABŞ-da polis helikopteri qəzaya uğradı, ölən var

ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopter qəzası baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Silvester Tyorner bildirib.

O, qeyd edib ki, hadisə zamanı 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb. 

"Polislərin biri hələ xəstəxanadadır, təəssüf ki, onlardan digəri öldü”, - Tyorner mətbuat konfransında bildirib.

Hyustonun polis rəisi Art Asevedo isə deyib ki, helikopter yerli vaxtla saat 02:00-da qəzaya uğrayıb. Hadisə zamanı helikopterdə pilot və onun köməkçisi olub. Onlar hər ikisi ağır xəsarət alıblar. 

Helikopterin düşdüyü yaşayış kompleksində heç bir sakin xəsarət almayıb, yaşayış binalarına zərər dəyməyib.

Polisin sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi