ABŞ-da polis helikopteri qəzaya uğradı, ölən var
Digər ölkələr
- 02 may, 2020
- 22:28
ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopter qəzası baş verib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Silvester Tyorner bildirib.
O, qeyd edib ki, hadisə zamanı 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb.
"Polislərin biri hələ xəstəxanadadır, təəssüf ki, onlardan digəri öldü”, - Tyorner mətbuat konfransında bildirib.
Hyustonun polis rəisi Art Asevedo isə deyib ki, helikopter yerli vaxtla saat 02:00-da qəzaya uğrayıb. Hadisə zamanı helikopterdə pilot və onun köməkçisi olub. Onlar hər ikisi ağır xəsarət alıblar.
Helikopterin düşdüyü yaşayış kompleksində heç bir sakin xəsarət almayıb, yaşayış binalarına zərər dəyməyib.
Polisin sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
Digər ölkələr23:33
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Region23:20
Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək
Region22:46