ABŞ-da hava limanında qumbaraatan aşkarlanıb
Digər ölkələr
- 05 mart, 2019
- 23:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın Pensilvaniya ştatının Lihay Velli adına Beynəlxalq Hava Limanında sərnişinlərdən birinin yük bağlamasında hissələrə ayrılmış qumbaraatan aşkarlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyatda Təhlükəsizlik üzrə Federal İdarəsi bildirib.
Məlumata görə, qumbaraatan yoxlama məntəqəsində aşkarlanıb. Buna görə siqnalizasiya işə düşüb.
Qeyd edilir ki, faktla bağlı silahın sahibi saxlanılıb. Onun Florida sakini olduğu bildirilir. Onu qaydaları pozduğuna görə 13 min dollara qədər cərimə gözləyir.
Daha əvvəl ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb.
Son xəbərlər
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə