ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb

ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir
Digər ölkələr
3 Sentyabr , 2017 08:32
ABŞ-da Harvi qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-da tüğyan edən "Harvi" qasırğası qurbanlarının sayı 44 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Qeyd edilir ki, qasırğa artıq 8-ci gündür Texas ştatında tüğyan edir. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir və zərərşəkənlərə yardım göstərirlər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğasından zərər çəkən Texas ştatını bərpa edəcəyini və dirçəldəcəyini söz verib.

Son xəbərlər

Orphus sistemi